Titullu idmançımız bir gündə iki qızıl medal qazandı 

Titullu idmançımız bir gündə iki qızıl medal qazandı 

Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatı davam edir. Bu gün Azərbaycan yığma komandası üçün uğurlu olub. Belə ki, yığmamız veteranların mübarizəsində 2 qızıl medala sahib çıxıb. Komandamıza medalları titullu kikboksçumuz Eduard Məmmədov qazandırıb. 63 kq çəki dərəcəsində döyüşən idmançımız "Light Contact"da Qabor Çeytey (Macarıstan) və "Kick light"də Sqro Simone Kaloceroya (İtaliya) qalib gələrək veteran kikboksçular arasında Avropa çempionu adını qazanıb.