Kikboksçumuz WJF kəmərinə sahib çıxdı

Kikboksçumuz WJF kəmərinə sahib çıxdı

Azərbaycan milli komandasının kikboksçusu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb. Azərbaycan Kikboksinq Federasiyasından verilən məlumata görə, 57 kq çəki dərəcəsində çıxış edən idmançımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yarışda yerli ölkəni təmsil edən erməni əsilli Qela Xoceliani ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Məhəmməd İmanov kəmərin sahibi olub.
Qeyd edək ki, M.İmanov gənclər arasında WAKO versiya üzrə Avropa birinciliyinin qalibi, dünya çempionatının gümüş medalçısıdır.