UFC -nin prezidenti Dana Uayt Həbib Nurmagomedov və Konor Makqreqor arasında döyüş-revanş təşkil etmək istədiyini bildirib. “Mən oraya (Abu-Dabi-dəki “döyüş adası”na) gedəcəyəm. Həbib də orada olacaq. Mən orada olduğum müddətdə onunla görüşmək niyyətindəyəm. Əslində, əgər Konor bu döyüşü (Dastin Porie ilə) qazanarsa, Həbiblə onun döyüş-revanşını görmək istərdim. Bu, təşkil edilə biləcək ən böyük döyüşdür və bunun xüsusi mənası var”, - deyə o bildirib.
Xatırladaq ki, H.Nurməhəmmədov və K.Makqreqor arasında döyüş 2018-ci il oktyabrın 6-da keçirilib. Rusiyalı döyüşçü rəqibini dördüncü raundda məğlub edərək, yüngül çəkidə UFC çempionu titulunu qoruyub saxlayıb. 2020-ci ilin oktyabrında Həbib Nurməhəmmədov karyerasının bitirdiyini elan edib. Konor Makqreqor isə növbəti döyüşünü yanvarın 24-nə Abu-Dabidə təşkil olunacaq UFC 257 turnirində keçirəcək.
UFC iki məşhur döyüşçünü yenidən qarşılaşdıra bilər