UFC 2020-ci ilin ən yaxşı döyüşçülərini açıqladı

UFC 2020-ci ilin ən yaxşı döyüşçülərini açıqladı

Mütləq döyüş çempionatının (UFC) rəhbəri Dana Uayt 2020-ci ilin yekunu olaraq, ilin ən yaxşı döyüşçülərini açıqlayıb. D.Uayt etiraf edib ki, ötən il onu ən çox heyran edən bir döyüşçünün adını açıqlamaq asan deyil. Bu səbəbdən də amerikalı iki döyüşçünün adını qeyd edib. Bu, çeçen əsilli isveçli Həmzət Çimaev və amerikalı Kevin Hollanddır.
Qeyd edək ki, yeni Həbib adlandırılan H.Çimayev 66 gün ərzində üç qələbə qazanaraq, UFC-də rekorda imza atıb. K.Holland isə ötən il qələbəsi ilə bitən beş döyüş keçirib.