Qadın idman gimnastikası üzrə yığma komandamıza yeni baş məşqçi təyin olundu

Qadın idman gimnastikası üzrə yığma komandamıza yeni baş məşqçi təyin olundu

Azərbaycanın idman gimnastikası üzrə qadınlardan ibarət millisinə yeni baş məşqçi təyin olunub. Yığma komanda Belarusdan olan Olqa Barkalavaya tapşırılıb. O.Barkalava təyinatı ilə bağlı təəssüratlarını bölüşüb. O, millinin məşq etdiyi zalla və gimnastlarla tanış olduğunu bildirib: “İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram və çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenalarında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.
Qeyd edək ki, Olqa Barkalava 22 ildir ki, qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur. O, son 6 il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib.