Para-taekvondo üzrə milli komandamız Avropa çempionatında 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb

Para-taekvondo üzrə milli komandamız Avropa çempionatında 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb


Para-taekvondo üzrə milli komandamız Avropa çempionatında uğurla çıxış ediblər.
Millinin baş məşqçisi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən II Avropa çempionatına 10 idmançı ilə qatılan milli komandamız 2 qızıl, 2 gümüş, 5 bürünc medalla növbəti uğura imza atıblar.
Belə ki, IV dünya çempionatının gümüş mükafatçısı Əbülfəz Abuzərli (-68 kq) və ikiqat dünya çempionu Vüsal İsmayılov (+80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nicat Müslümov (-68 kq) və sonuncu dünya çempionatının bürünc mükafatçısı Emin Nüsrətdinov (-58 kq) isə yarışı gümüş medalla başa vurublar. İkiqat dünya çempionu Aynur Məmmədova (-57 kq), Bahar Şıxəliyeva (-49 kq), Cahangir Bayramov (+80 kq), Rövşən Rzayev (-80 kq), Aleksandr Poluşuk (-80 kq) isə bürünc medallara layiq görülüblər. Millimiz komanda hesabında 2 qızıl, 2 gümüş və 5 bürünc medalla üçüncü yerı tutub.