Kata üzrə Azərbaycan milli komandalarının məşqçilər heyətində növbəti təyinatlar olub. Para-karate və 14-15 yaşlı kata seçmə komandalarının hazırlanması işlərinə təcrübəli idmançılar cəlb edilib.
Bundan sonra böyüklərdən ibarət kata milli komandasının üzvləri İsmayıl Quliyev para-karate üzrə, Tural Balcanlı isə 14-15 yaşlı yeniyetmələrin fərdi kata çıxışları üzrə köməkçi məşqçi işləyəcək.
Xatırladaq ki, kata komandalarının baş məşqçisi Vahid Ayvazov, böyük məşqçisi Vüqar Kərimov, məşqçisi isə Anar Əhmədovdur.
Yığma komandalara yeni məşqçilər təyin olundu