Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində taekvondo üzrə Azərbaycan millisinin də iştirak etdiyi böyüklər arasında Avropa çempionatına start verilib. Yarışın birinci günündə komandamızın dörd üzvü dayanq üzərinə çıxacaq. Belə ki, kişilər arasında Bəhruz Quluzadə (54 kq) Mateya İvanoviç (Serbiya), Pərviz İsgəndərov (58 kq) Stepan Dmitrov ilə üz-üzə gələcəklər. Qadınlardan isə Minaya Əkbərova (46 kq) Özlem Gürüz (Almaniya), Patimat Abakarova (49 kq) İtaliya təmsilçisi Martina Korelli ilə mübarizə aparacaqlar.
Qitə çempionatında komandamız 11 idmançı ilə təmsil olunur. Turnirə aprelin 11-də yekun vurulacaq.