Taekvondoçumuz Avropa çempionatının bürünc medalına sahib çıxdı

Taekvondoçumuz Avropa çempionatının bürünc medalına sahib çıxdı

Bolqarıstanın paytaxtı Sofiyada böyüklər arasında taekvondo üzrə Avropa çempionatı davam edir. Yarışın birinci günündə mübarizəyə qoşulan taekvondoçumuz Minayə Əkbərova (46 kq) səkkizdəbir finalda Özlem Gürüz (Almaniya), dörddəbir finalda isə bolqarıstanlı Qabriele Katsarovaya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə rusiyalı Larisa Medvedevaya məğlub olan təmsilçimiz bürünc medalla kifayətlənib.
Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur.
Yarışa aprelin 11-də yekun vurulacaq.