Rumıniyanın Buxarest şəhərində keçirilən yeniyetmə taekvondoçuların Avropa birinciliyinə start verilib.Yarışın ilk günü millimiz üçün uğurlu olub.
Belə ki, komandamızın üzvü Ümid Məmmədov (-33 kq) Moldova, Rumıniya, Fransa, İsrail idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Həlledici mərhələdə Böyük Britaniya təmsilçisi Gnanapandithan Virosana məğlub olaraq gümüş medalla kifayətlənib.
Sevda Pirseyidova (29 kq) Rusiya və Kipr idmançılarına qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə təmsilçimiz xorvatiyalı Lovriç Nataliaya məğlub olaraq yarışı 3-cü yerdə başa vurub.
33 kq çəki dərəcəsində yarışa qatılan Nərgiz Mirzəyeva Rumıniya, İtaliya taekvondoçularına qalib gələrək yarımfinala vəsiqə qazanıb.Yarımfinal mərhələsində Türkiyə təmsilçisi İlgız Serife 0:16 hesabı ilə məğlub olaraq bürünc medal əldə edib.
Beləliklə, yeniyetmələrin Avropa birinciliyin ilk günündə komandamız 1 gümüş və 2 bürünc medal qazanıb.