Azərbaycanın da namizəd olduğu yarışa İtaliya ev sahibliyi edəcək

Azərbaycanın da namizəd olduğu yarışa İtaliya ev sahibliyi edəcək


Bu il kikboksinq üzrə böyüklər və veteranlar arasında dünya çempionatına İtaliyanın Cesolo şəhəri ev sahibliyi edəcək. Bu barədə “Olimpiya dünyası” qəzetinə Azərbaycan Kikboksinq Federasiyasının baş katibi və milli komandanın rəisi Sadıx Bağırov məlumat verib. Federasiya rəsmisinin məlumatına görə çempionat oktyabrın 14-dən 24-dək keçiriləcək.
 Qeyd edək ki, dünya çempionatının keçirilməsinə namizədlər arasında İtaliya ilə yanaşı, Niderland, Monteneqro və Azərbaycan da var idi. WAKO-nun (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) prezidenti Roy Beyker tərəfindən federasiyaya ünvanlanan məktubda 2021-ci il dünya çempionatına ev sahibliyi etmək üçün seçkilərin final mərhələsinə yüksələn 4 ölkənin (Azərbaycan, Niderland, İtaliya, Monteneqro) hər birinin çox güclü namizəd olduğu vurğulanıb.
 Məktubda həmçinin bildirilib ki, avqust ayında Macarıstanın Gyor şəhərində keçirilməsi planlaşdırılan yeniyetmə və gənclərin Avropa çempionatı koronavirus pandemiyasına görə ləğv olunub.
Yeniyetmə və gənclərin Avropa çempionatının Niderland, Monteneqro və ya Azərbaycanda keçirilməsi ilə bağlı qərar iki həftə ərzində WAKO Avropanın İdarə Heyətinin növbədənkanar iclasında qəbul olunacaq.