Gimnastımız dünya çempionatında yeddinci oldu

Gimnastımız dünya çempionatında yeddinci oldu

Azərbaycan gimnastı Vladimir Dolmatov Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında yeddinci olub.

Təmsilçimizin kişilərin fərdi proqramında çıxışı hakimlər tərəfindən 21,100 xalla qiymətləndirilib.

Yarışın qalibi ispaniyalı Migel Mane olub. Proqramını uğurla təqdim edən M.Mane hakimlərdən 22,350 xal alıb.

Gümüş medalı Roman Semyonov (Rusiya, 22.200 xal), bürünc medalı isə Lukas Barboza (Braziliya, 22.150 xal) qazanıblar.

Yarışda 22 ölkədən 171 gimnast birincilik uğrunda mübarizə aparır.