Bu gün voleybol üzrə yığma komandamız Qızıl Avropa Liqasında ikinci dövrəyə start verib. Millimiz bu gün növbəti oyununu keçirib. A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri Fransadakı dövrəyə İspaniya ilə görüşlə start verib. İlk üç görüşdə xal qazana bilməyən millimiz yenə də rəqibi qarşısında aciz qalıb. Voleybolçularımız gücü cəmi 1 setə çatıb. Nəticədə xal qazana bilməyən yığmamızın “Dördlər finalı” ilə bağlı arzuları puç olub.
Qeyd edək ki, yalnız qrup qalibi yarımfinala vəsiqə qazanacaq.