İyunun 5-də Bakıda Formula 2 yarışlarının birinci sprint yürüşünün qalibi müəyyənləşib. Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vurublar. Yarışda “Prema Racing” komandasının rusiyalı pilotu Robert Şvartsman birinci olub. “Carlin”in üzvü Dan Tiktum yarışı ikinci, “UNİ-Virtuosi” komandasının pilotu Guanyu Zhou isə üçüncü pillədə başa vurublar.
Formula 2: 21 dövrənin ən sürətli sprinteri müəyyənləşdi