Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu başa çatıb. “Ferrari” və “Mercedes” komandalarının pilotları Şarl Lekler və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar. Ş.Lekler 1 dəqiqə 41,218, L.Hamilton isə 1 dəqiqə 41,450 saniyəlik nəticə göstəriblər. “Red Bull Racing”in pilotu Maks Ferstappen (1 dəqiqə 41,563 saniyə) üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, sıralanma turunun nəticələrinə əsasən, iyunun 6-da keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib.
Formula 1: peletonda birinci yerin sahibi məlumdur