Mötəbər yarışın açılış mərasimi xüsusi konsepsiya əsasında təşkil olunub. Formula 1 Azərbaycan Qran-Prisi beşinci dəfə günəşli Bakı küçələrinə qayıdır. Asfalt сəngavərləri Bakı şəhər halqasını “alovlandırmazdan” əvvəl, bütün komandalar və tədbirin qonaqları himn üçün ayağa qalxıblar. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanıb. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanıb.
Builki Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndirib. Himn səsləndirilən zaman trek üzərində dayanan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutublar. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” formasında dayanıblar.
Qeyd edək ki, Dövlət Himninin bu mərasim üçün xüsusi versiyası tanınmış Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunub.
Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib