İyunun 6-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan (1:44.703) başa vuraraq podiumda birinci pillənin sahibi olub. İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.
Qalib idmançının və komandanın şərəfinə Meksikanın və Avstriyanın dövlət himnləri səsləndirilib.
Beləliklə, bu qələbə sayəsində Serxio Peres Formula 1 üzrə dünya çempionatında pilotların mübarizəsində iki pillə irəliləyək 69 xalla üçüncü sırada qərarlaşıb. Ümumilikdə çempionata 105 xalla onun komanda yoldaşı Maks Ferstappen liderlik edir. “M
Bakı Qran-Prisində qələbə sayəsində “Red Bull Racing Honda” komandası ikinci sıradakı “Mercedes” ilə xal fərqini 26-ya çatdırıb. Hazırda bu komandanın 174 xalı var. “Ferrari” isə 94 xalla üçüncü sırada qərarlaşıb.
Meksikalı pilot Bakıda növbəti dəfə birinci oldu