Fettel: “Komandamız belə bir nəticəni gözləyirdi”

Fettel: “Komandamız belə bir nəticəni gözləyirdi”

Formula 1 Azərbaycan Qran-Prisində ikinci olan “Aston Martin” komandasının pilotu Sebastian Fettel yarış təəssuratlarını bölüşüb.
“Bakıda podiumda yer almağım böyük əhəmiyyət kəsb edir. Cari mövsüm çox çətin başlamışdı. Ancaq Azərbaycanda uğurla çıxış edərək mükafatçılar sırasında yer almağı bacardım. Komandamız belə bir nəticəni gözləyirdi. Yarışa uğurla start verdim. Elə başlanğıcda bir neçə rəqibi ötməyi bacardım. Yarış yenidən bərpa olunandan sonra daha iki rəqibimi üstələdim. Bu gün çox gözəl gündür. İkinci olduğum üçün özümü xoşbəxt hiss edirəm.