İki gimnastımız Avropa çempionatında çıxışını başa vurdu

İki gimnastımız Avropa çempionatında çıxışını başa vurdu

Bədii gimnastlarımız Zöhrə Ağamirova və Arzu Cəlilova Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatıında çıxışlarını başa vurub.

Təmsilçilərimizdən Zöhrə Ağamirova final mərhələsində halqa, top, gürz və lentlə hərəkətlərin cəmində ümumilikdə 93.250 xal toplayaraq 16-cı olub. Digər gimnastımız Arzu Cəlilova isə hakimlərdən 4 hərəkətə görə 92.500 xal alıb. O, bu nəticə ilə qitə çempionatın 17-ci pillədə başa vrub.

Axşam seansında isə çoxnövçülük üzrə komanda yarışları baş tutacaq. Azərbaycanın qrup hərəkətləri komandasının tərkibində Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan yer alıblar.