“Red Bull” rəhbəri Kristian Horner meksikalı pilot Serxio Peresin Bakıdakı çıxışını tərifləyib. O bildirib ki, bu Pereslə yeni müqaviləyə təsir etməyəcək. «Biz hazırda Peresdən razıyıq. Amma 23 Qran-pridən cəmi 6-sı keçirilib. Bizim pilot reytinqdə üçüncü pillədədir. Hələ gözləyirik. Hadisələr dəyişmədiyi təqdirdə biz Preslə bir masa arxasında əyləşib, qələmi əlimizə götürəcəyik», - deyə Kristian Horner bildirib.
Xatırladaq ki, Formula 1 üzrə Azərbaycan Qran-prisində Serxio Peres karyerası ərzində ikinci çempionluğunu əldə edib.
«Pereslə bir masa arxasında əyləşib, qələmi əlimizə götürəcəyik»