Klublarımız Avrokuboklardan imtina etdi

Klublarımız Avrokuboklardan imtina etdi

Gələn il voleybol üzrə avrokuboklarda iştirak edəcək komandaların tam siyahısı müəyyənləşib. Yeni mövsümdə 197 klub avrokuboklarda öz iştirakını təsdiqləyib.  Bu əvvəlki illərlə müqayisədə rekord göstərici sayılır.

Amma bu klubların arasında Azərbaycan komandaları yer almayacaq. Belə ki, 2021/22 mövsümündə heç bir komandamız qitə miqyaslı yarışlarda iştirak etməyəcək.  

Qeyd edək ki, ötən il “Azərreyl” qitə kubokları üçün qeydiyyatdan keçsə də, sonradan yarışa qatılmaqdan boyun qaçırmışdı. Buna koronavirus pandemiyası və onun doğurduğu fəsadlar səbəb olmuşdu.