Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımovaya ilk dəfə etimad göstərib. Həmyerlimiz qadın voleybolçular arasında Qızıl Avropa Liqasının final mərhələsinin oyunlarına təyinat alıb.
V.Kazımova 19-20 iyun tarixlərində Bolqarıstanın Ruse şəhərində keçirilən oyunlara Avropa Voleybol Konfedrasiyasının (CEV) Tibbi nümayəndəsi olaraq nəzarət edəcək.
Qeyd edək ki, Qızıl Avropa Liqasının final mərhələsində İspaniya, Xorvatiya, Çexiya və ev sahibi Bolqarıstan milli komandaları mübarizə aparacaq.
Həmyerlimiz Qızıl Avropa Liqasının final mərhələsinin oyunlarına təyinat alıb