Millimizin üzvü Türkiyə klubunda

Millimizin üzvü Türkiyə klubunda

Azərbaycan milli komandasının voleybolçusu Olena Xarçenko Türkiyə klubuna transfer olunub. 26 yaşlı milliləşdirilmiş voleybolçumuz karyerasını “Bolu Bələdiyyəspor” klubunda davam etdirəcək. Ötən mövsümü Macarıstanın “MCM-Diamant” klubunda keçirən blokçu Türkiyə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, “Bolu Bələdiyyəspor” ötən mövsüm Sultanlar Liqasına yüksəlib.