Azərbaycanlı ağırlıqqaldıran Əliş Nəzərovun Tokio-2020-də iştirakı rəsmiləşib. Olimpiadada 109 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək idmançımız kontinental reytinqlə bu hüquqa yiyələnib.
Qeyd edək ki, Əliş Nəzərov ağırlıqqaldırma üzrə beynəlxalq dərəcəli hakim Vahid Nəzərovun oğludur. O, olimpiadada hakim kimi ədaləti qoruyacaq. Vahid Nəzərov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 4 illiyin ən möhtəşəm yarışında ədaləti qoruyacaq 20 referidən biri olacaq.