Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə iyunun 29-da Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar və qızlar arasında badminton üzrə hazırlıq və yoxlama yarışları keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil ediləcək yarışlarda xüsusi, yardımçı məktəb və internatlardan 17, autizm təşkilatlarından 14 komanda mübarizə aparacaq. Komandalar əsasən xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin şagirdlərindən, məzunlarından və eyni zamanda, ailələrdən olan idmançılardan təşkil olunacaq.
Yarışlar 2022-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyacaq.
Xüsusi olimpiyaçılar badminton yarışlarında güclərini sınayacaqlar