Mik Şumaxer gələcək barədə danışıb

Mik Şumaxer gələcək barədə danışıb

“Haasa”nın pilotu Mik Şumaxer 2022-ci ildə “Alfa Romeo”ya keçidi barədə danışıb. “Mən bu günki gün ilə yaşayıram. Gələn il nə olacağı barədə hələ düşünməmişəm. İşlərin necə olacağını yaşayıb görəyəcik. Hər bir halda nə baş verdiyini biləcəksiniz” - deyə, M.Şumaxer bildirib.
Qeyd edək ki, Mik Şumaxer bu mövsüm Formula 1-də debüt edib.
İyunun 27-də keçirilən “Qran-Pri Ştiriya” yarışlarında 22 yaşlı alman idmançı 16-cı olub. Onun komanda yoldaşı Nikita Mazepin isə 18-ci yerdə qərarlaşıb.