Formula 1 üzrə Avstraliya Qran-prisi ləğv olunub. Bu barədə yarışın təşkilatçıları açıqlama veriblər. Yarışın ardıcıl ikinci il baş tutmamasına koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətləri səbəb olub.
Avstraliya Qran-prisi 19 - 21 noyabrda olmalı idi.
Bu yarışla yanaşı, noyabrın 24-də keçirilməsi planlaşdırılan MotoGP üzrə dünya çempionatı da ləğv edilib.
Avstraliya Qran-prisi ləğv edildi
![Avstraliya Qran-prisi ləğv edildi](https://olimpnews.az/uploads/img/posts/2021/07/06/Australiajpg-1625601422.jpg)