Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Portu şəhərində keçiriləcək XIX Avropa birinciliyi ərəfəsində təlim-məşq toplanışına başlayıb. Sentyabrın 25-dən 28-dək keçiriləcək arışda azərbaycan yığması 13 idmançı ilə təmsil olunacaq. Azərbaycan millisi baş məşqçi Məmməd Abdullayevin və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında hazırlığın birinci mərhələsini Bakıda keçirir. Təlim-məşq toplanışının ikinci mərhələsi isə Qəbələdə olacaqdır.
Millimizin heyətində Portuqaliyaya Tağı Tağızadə (45 kq), Kamil Abdurazakov (48 kq), Samid Bağırlı (51 kq), Məhəmməd Məmmədov (55 kq), Yusif Hüseynli (59 kq), Ayxan Tağızadə (63 kq), Tapdıq Quliyev (68 kq), Səid Quliyev (73 kq), Elnur Məhərrəmov (78 kq-dan yuxarı), Nərminə Məmmədova (42 kq), Təranə Məmmədova (44 kq), Zümrüd Məlikova (46 kq) və Nur Cemre Kaymak (67 kq-dan yuxarı) gedəcəklər.
Avropa birinciliyində ölkəmizi hakim qismində beynəlxalq dərəcəli hakim Tural Vəlibəyov təmsil edəcək.