Formula 1: Avstraliya mərhələsinin əvəzinə təqvimə yeni Qran-Pri daxil edildi

Formula 1: Avstraliya mərhələsinin əvəzinə təqvimə yeni Qran-Pri daxil edildi

Formula 1 yarışlarının  təqviminə yeni Qran-pri daxil edilib. F1 rəhbərliyi bu il Qətər Qran-prisinin keçirilməsinə dair müqavilə imzalayıb. Qətər Qran-prisi ləğv olunmuş Avstraliya mərhələsini əvəzinə təqvimə daxil edilib. Hələlik Qətər mərhələsinin dəqiq tarixi müəyyənləşdirilməyib. Böyük ehtimalla, bu, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq Qran-prilər ərəfəsinə təsadüf edəcək. Yarış Dohadakı "Losail" avtodromunda keçiriləcək.