İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı

İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı

Bu gün Azərbaycan idmanı üçün yaddan qalan bir hadisə baş verdi. Yığma komandamızın üzvü İrina Kindzerska yığma komandamızın aktivinə ilk Olimpiya medalını yazdırdı. Bu Tokio-2020-də Azərbaycan üçün yeni bir idman uğuru hesab olunur. Artıq XXXII Yay Olimpiya Oyunlarında iştirak edən 206 ölkə arasında medal qazanan 63 yığma komandadan biri də Azərbaycandır. Medal əldə edən ölkələr arasında Azərbaycan adının da yer alması qürurvericidir. Podiumda Azərbaycan təmsilçisinin olması, arenada Azərbaycan bayrağının dalğalanması hər birimiz üçün şərəfdir. Çəkisi 78 kq-dan artıq qadın cüdoçuların yarışında İrina Kindzerska sona qədər mübarizə apardı. Meydan sahibi Akira Soneyə uduzaraq, qızıl medal şansını əldən verən İrina bürünc medalı güzəştə getmədi. Təmsilçimizin görüşlərin Azərbaycan nümayəndə heyətinin rəsmiləri də izləyiblər.

 

Belə ki, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Baş katibin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digər şəxslər həmin anları birgə yaşayıb, idmançımızın uğuruna seviniblər. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer qadın cüdoçumuzun bürünc medal qazanması münasibətilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəni təbrik edib.
Qeyd edək ki, 44 idmançı arasında yer alan cüdoçulardan hələ ki, yalnız İrina Kindzerska ümidləri doğrulda bilib. Yarış başa çatdıqdan sonra bürünc mükafatçımız yarış barəsində fikrlərini bildirib. "Bu gün maksimum hazırlıqlı idim və görüşlərimə maksimum köklənmişdim. İlk görüşdən mübarizə getdi. Görüşdən-görüşə medal qazana biləcəyim təsdiqlənirdi. Əlbəttə, yarımfinalda yaponiyalı Akira Soneyə uduzmağım məni məyus etdi. Bu görüşdən sonra toparlanmaq psixoloji cəhətdən ağır idi. Amma anladım ki, ikinci məğlubiyyət mənə medalı itirməyim bahasına başa gələ bilər. Sadəcə, buna imkan verməməliyəm. Çox fəxr edirəm ki, ilk medal mən qazandım. İnanıram ki, bundan sonra uşaqlar daha böyük səylə çalışaraq, medalların ardını gətirəcəklər", - deyə İrina Kindzerska bildirib.




 

İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı İlk bürünc mükafatla ölkəmiz medal sıralamasında yer aldı