Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş turnirdə kikboksçularımız qalib gəliblər

Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş turnirdə kikboksçularımız qalib gəliblər

Bugünlərdə Azərbaycan Kikboksinq Federasiyası və Afrikanın Həvəskar Kikboksinq Assosiasiyasının təşkilatçılığı ilə bu ölkədə kikboksinq üzrə yarış keçirilib. Turnirdə, hər iki ölkədən idmançıların iştirakı ilə müxtəlif çəkilərdə lou-kik və K-1 üzrə döyüşlər keçirilib. Kinboksçularımız Afrika idmançılarına 8:2 hesabı ilə qalib gəliblər. Turnirdə Pretoriyada akkreditə edilmiş diplomatik nümayəndələrin rəhbərləri, CAR-ın məşhur idmançıları və idman sahəsində ad qazanmış görkəmli şəxslər, dövlət məmurları və Afrikanın Parlament üzvləri iştirak ediblər. Qeyd edək ki, yarış ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin rəhbərlik etdiyi heyət bugunlərdə vətənə qayıdacaq. Xatırladaq ki, turnirin həyata keçirilməsinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycanın Afrika Dostları təşkilatının yerli "Paramount” şirkəti dəstək verib.