Sabah Estoniyanın paytaxtı Tallində uşaq, yeniyetmə və 21 yaşlı taekvondoçular arasında Avropa birinciliyi start götürəcək. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Avqustun 27-dək davam edəcək birincilikdə U-21 yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev və qızlardan ibarət komandamızın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında 10 idmançımız yarışacaq. Komandamızın heyətində Bəhruz Quluzadə, Səyyad Dadaşov (hər ikisi 54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (80 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Aysel Xudaverdiyeva (53 kq) medallar uğrunda mübarizə aparacaq.
Yeniyetmələrdən ibarət milimizin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimov yetirmələrindən İlyas Hətəmli (33 kq), Məhəmməd Həsənli (37 kq), Harun Salamazadə (41 kq), Vasif Səlimov (45 kq), Bahadur Dostuyev (49 kq), İslam Əhmədzadə (53 kq), Hüseyn Xudiyev (65 kq), Zəhra İsayeva (29 kq), Xuraman Cavadzadə (33 kq), Fatimə İsmayılzadə (37 kq), Şəms Əlizadə (44 kq), Nərgiz Kazımova (47 kq), Aişə Ağamirzəzadəyə (51 kq) şans verəcək.
Qeyd edək ki, komandamız avqustun 28-də Vətənə dönəcək.