Tokio-2020 Yay Paralimpiya Oyunlarının pouerliftinq yarışlarında bürünc medal qazanan idmançımız Pərvin Məmmədov sevincini KİV-lə bölüşüb. O deyib: “Sevincimin həddi, hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı. Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm. Yarış çətin keçdi və rəqiblərim çox güclü idi. Ən əsası mükafatçılar arasında yer almağı bacardım.