Gimnastımız Bolqarıstanda bürünc medala sahib çıxdı

Gimnastımız Bolqarıstanda bürünc medala sahib çıxdı

Bolqarıstanda aerobika gimnastikası üzrə 12-ci “Plovdiv Cup” açıq turniri keçirilib. Turnirdə ölkəmizi Vladimir Dolmatov, Nurcan Cabbarlı, Dilarə Qurbanova və Məryəm Topçubaşova təmsil ediblər.

Son dünya çempionatının finalçısı olan V.Dolmatov bu yarışda da fərqlənməyi bacarıb. Bu dəfə o, fəxri kürsünün üçüncü pilləsində yer alıb. İlk iki yerdə isə Meksika və İtaliya təmsilçiləri qərarlaşıblar.