Gimnastımız dünya kuboku yarışlarında iştirak edib

Gimnastımız dünya kuboku yarışlarında iştirak edib

Sloveniyanın Koper şəhərində idman gimnastikası üzrə ənənəvi dünya kuboku yarışları təşkil olunub. Yarışda Azərbaycan təmsilçisi, qadın idman gimnastikası üzrə yığma komandamızın üzvü Milana Minakovskaya da iştirak edib. Böyük gimnastlar arasında bu ildən çıxış etməyə başlamış M.Minakovskaya turnirdə 2 alət üzrə yarışıb. O, müxtəlif hündürlüklü qollarda 17-ci, gimnastika tirində isə 24-cü olub.