Niderlandlı əfsanənin son qərarı

Niderlandlı əfsanənin son qərarı

Tanınmış məşqçi Quus Hiddink karyerasını başa vurub. Niderlandlı mütəxəssis bunu "Voetbal International" nəşrinə açıqlamasında deyib. 75 yaşlı məşqçi koronavirus pandemiyası səbəbindən son vaxtlar aktiv fəaliyyətdə olmadığını bildirib. O, Dik Advokat kimi etməyəcəyini, futboldan birdəfəlik getdiyini bildirib. Qeyd edək ki, Hiddink Niderland, Cənubi Koreya, Türkiyə və Rusiya yığmalarını çalışdırıb. O həmçinin, PSV, "Fənərbağça", "Valensiya", "Real", "Çelsi" və  "Anji" klublarının da baş məşqçisi olub.