Qadın futbolçular ölkədən qaçdı

Qadın futbolçular ölkədən qaçdı

Əfqanıstanıstanın qadın futbolçulardan ibarət millisi ölkədən qaçıb. Bu barədə Pakistanın İnformasiya naziri Favad Çaudri "Daily Sabah"a açıqlamasında bildirib.
O, idmançıların Əfqanıstan - Pakistan sərhədindəki "Torham" keçid məntəqəsində olduqlarını bildirib. Çaudri oyunçuların Pakistan Futbol Federasiyası tərəfindən qəbul edildiklərini də sözlərinə əlavə edib. Qeyd edək ki, daha əvvəl Avstraliya "Taliban"ın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstandakı bir neçə futbolçunu təxliyə edib.