Konfrans Liqası: “Qarabağ” qrup mərhələsinə heç-heçə ilə başladı

Konfrans Liqası: “Qarabağ” qrup mərhələsinə heç-heçə ilə başladı

Futbol üzrə UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün qrup mərhələsinin birinci turunun oyunları keçirilib. Turun ilk oyununda Azərbaycanın “Qarabağ” komandası İsveçrənin “Bazel” klubu ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın hər iki hissəsində Ağdam təmsilçiləri hesabı açmaq üçün bir neçə qol vəziyyəti yaratsalar da, bundan istifadə edə bilməyiblər. Bləliklə, belçikalı FIFA referisi Erik Lambrexts idarə etdiyi qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb -0:0.

Oyun “Qarabağ”ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdar olub. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxıb.

Qeyd edək ki, H qrupunun digər oyununda – “Kayrat” – “Omoniya” matçında da qapılara qol vurulmayıb.