Kuman gedir, kimi gəlir?

Kuman gedir, kimi gəlir?

“Barselona” rəhbərliyi baş məşqçi postunda dəyişiklik edəcək. Yaxın müddətdə niderlandlı mütəxəssis Ronald Kumanın istefaya göndəriləcəyi gözlənilir. Kataloniya təmsilçsinin bir neçə namizədi var. Klubun prezidenti Joan Laporta bu vəzifəyə Andrea Pirlonu gətirmək istəyir. “Yuventus”dakı uğursuzluqdan sonra işsiz olan mütəxəssis “Barselona”nın baş məşqçisi olmağa əsas namizəddir.
Lakin italiyalı namizədlər siyahısında tək deyil. Klub rəhbərliyi Antonio Konte, Filipp Koku və Xavi variantlarını da nəzərdən keçirir.
Qeyd edək ki, Kuman 2020-ci ildən İspaniya klubunu çalışdırır. Niderlandlı komandası ilə ölkə kubokunu və La Liqanın bürünc mükafatını qazanıb.