Sentyabrın 26-da Formula 1 Rusiya Qran-Prisinin qalibi müəyyənləşib. Soçi avtodromunda təşkil olunan mövsümün 15-ci yarışında “Mercedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü “Red Bull Racing”in pilotu Maks Ferstappen və “Ferrai”nin üzvü Karlos Sayns tamamlayıblar. L.Hamilton Soçidə beşunci, karyerasında isə 100-cü qələbəsini qazanıb.
Pilotların siyahısına 246,5 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 244,5 xalla ikinci, Valtteri Bottas ("Mercedes") isə 151 xalla üçüncü pillədə yer alıb.
Konstruktorlar kubokunda "Mercedes" 397,5 xalla birincidir. Hesabında 364,5 xal olan "Red Bull Racing" ikinci, "McLaren" isə 234 xalla üçüncü yerdə qərarlaşıb.
Növbəti yarış iki həftə sonra İstanbulda təşkil olunacaq.
Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olmuşdu.
Luis Hamiltondan növbəti qələbə