Gimnastımız Macarıstanda qızıl medal qazandı

Gimnastımız Macarıstanda qızıl medal qazandı

Kişi idman gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Nikita Simonov Macarıstanda qızıl medal qazanıb. Sombatxey şəhərində təşkil edilmiş Qran-Pri yarışlarının final mərhələsində N.Simonov halqalar üzərində hərəkətlərdə hakimlərdən 14,500 xal alaraq, fəxri kürsünün ilk pilləsinə yüksəlib.
İlk üçlükdə Avstriya və İsrail gimnastları qərarlaşıblar.
Yarışda iştirak etmiş digər gimnastımız Cavidan Babayev isə təəssüf ki, final mərhələsinə adlaya bilməyib.