Bu gün Çempionlar Liqasında daha 8 oyun təşkil olunacaq

Bu gün Çempionlar Liqasında daha 8 oyun təşkil olunacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulacaq. Son oyun günündə E, F, G və H qruplarında oyunlar təşkil olunacaq.Günün ilk görüşləri F və H qruplarında olacaq. Müvafiq olaraq, İsveçrənin "Yanq Boyz" klubu İtaliyada "Atalanta" ilə, İsveçin "Malmö" komandası isə Rusiyada "Zenit"lə üz-üzə gələcək. F qrupunun digər oyununda "Mançester Yunayted" İngiltərədə İspaniyanın "Vilyarreal" klubu ilə qarşılaşacaq. Gecənin ən diqqətçəkən qarşılaşması İtaliyada "Yuventus"la turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubu arasında təşkil olunacaq. H qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

E qrupunda İspaniyanın "Barselona" klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. Ötən tur katalonlara 3:0 hesabı ilə qalib gələn "Bavariya" isə Almaniyada Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkəcək.

G qrupunda Almaniyanın "Volfsburq" klubu doğma meydanda İspaniyanın "Sevilya" klubunu qəbul edəcək. Qrupun digər oyununda isə Avstriya təmsilçisi "Zaltsburq" öz meydanında  Fransanın "Lill" klubu ilə üz-üzə gələcək.