Messi PSJ formasında rekorda imza atdı

Messi PSJ formasında rekorda imza atdı

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi yeni rekorda imza atıb. Argentinalı ulduz futbolçu PSJ klubbunun heyətində çıxdığı Çempionlar Liqasının oyununda tarixinə düşüb. 34 yaşlı hücumçu bu uğura Parisdə keçirilən "Mançester Siti" ilə qarşılaşmada 2:0 hesabı qalib gəldikləri oyunda nail olub. PSJ formasında komandasının ikinci qoluna imza atan argentinalı forvard turnirdə ardıcıl 17 mövsümdə fərqlənə bilib. Beləliklə, o, İspaniyanın "Real Madrid" klubunda çıxış edən Kərim Benzemanın uğurunu təkrarlayıb. Qeyd edək ki, bu qol həm də Messinin parislilərin heyətində vurduğu ilk qol olub.