Çempionlar Liqasında ikinci tura yekun vuruldu

Çempionlar Liqasında ikinci tura yekun vuruldu

Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub. Turun son oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma təşkil olunub. Gecənin ən maraq doğuran görüşü İtaliyada baş tutub. İaliya nəhəngi “Yuventus” öz meydanında turnirin son çempionu “Çelsi” komandasını qəbul edib. Görüş “Qoca sinyora”nın qələbəsi ilə başa çatıb -1:0. Oyunun taleyin həll edən qol matçın ikinci hissəsində (46-cı dəqiqə) vurulub. Federik Kiyeza Federiko Bernardeskinin ötürməsini qola çevirib. Günün sensasiyası Portuqaliyada qeydə alınıb. Burada "Benfika" klubu son vaxtlar ağır günlərini yaşayan İspaniyanın "Barselona" klubunu böyük hesabla məğlub edib. Görüş Portuqaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Kataloniya təmsilçisi Çempionlar Liqasında ardıcıl iki oyundur ki, 3:0 hesabı ilə məğlub olur. Xatırladaq ki, Ronald Kumanın komandası ilk oyunda Almaniyanın “Bavariya” klubuna  birinci turda eyni hesabla məğlub olmuşdu.

Turun digər maraqla gözlənilən oyunu isə İngiltərədə təşkil olunub. “Mançester Yunayted” klubu öz meydanında İspaniyanın “Vilyarreal” klubundan üstün olub -2:1. Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

 

E qrupu

"Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0;

"Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 3:0.

F qrupu

"Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0;

"Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:1.

G qrupu

"Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya) - 1:1.

"Zaltsburq" (Avstriya) - "Lill" (Fransa) - 2:1.

H qrupu

"Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0;

"Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə) - 1:0.