"Neftçi" klubunun keçmiş futbolçusu vəfat edib

"Neftçi" klubunun keçmiş futbolçusu vəfat edib

"Neftçi" klubunun və Azərbaycan milli komandasının keçmiş futbolçusu Vladislav Lemiş vəfat edib. Sabiq hücumçu 51 yaşında dünyasını dəyişib. Bakıda "Əmək ehtiyatları" futbol məktəbinin yetirməsi olmuş V.Lemiş "Neftçi"nin heyətində 1988-1989-cu illərdə çıxış edib. 1987-ci ildə isə o, yeniyetmələr arasında dünya çempionu olub. Forvard Rusiyanın müxtəlif komandalarında, həmçinin İspaniyanın "Palamos" klubunda forma geyinib.

Karyerasını başa vurduqdan sonra Lemiş Krasnodarda yaşayıb, həvəskar və tələbələrdən ibarət komandalarda baş məşqçi olub, habelə Kuban Dövlət Aqrar Universitetində müəllim kimi çalışıb. O, 1992-ci ildə Rusiya yığmasının ilk oyununda meydana çıxıb, habelə 1994-cü ildə Azərbaycan millisində 1 görüş keçirib.