“Futbol kralı” xəstəxanadan evə buraxıldı

“Futbol kralı” xəstəxanadan evə buraxıldı

Braziliyalı əfsanəvi futbolçu Pele müalicə olunduğu San-Paulu xəstəxanasından evə buraxılıb. Üçqat dünya çempionu, kimya-terapiya kursu keçməlidir. Məlumata görə, həkimlər sabiq futbolçunun vəziyyətini sabit qiymətləndirirlər.

Qeyd edək ki, Pele avqustun 30-da San-Pauludakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı “futbol kralı” sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.

Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qola imza atıb.