İtaliyada varlı klub yoxdur?

İtaliyada varlı klub yoxdur?

Avropanın “böyük beşlik” ölkələrində ən bahalı heyətə malik klubların siyahısı açıqlanıb. CİES futbol observatoriyasının araşdırmasına əsasən, cədvəldə lider dəyişikliyi baş verib.
Yay transferlərindən sonra ümumi dəyəri 1 milyard 280 milyon avroya yüksələn “Mançester Siti” hazırda ən bahalı klubdur. İlk “üçlüy”ün digər sakinləri də İngiltərə klublarıdır. “Mançester Yunayted” ikinci, “Çelsi” isə üçüncü yerdə qərarlaşır.
Maraqlıdır ki, İtaliya klublarının heç biri, eləcə də “Tottenhem”, “Arsenal”, “Sevilya” kimi komandalar da ilk “10-luğ”a düşə bilməyib.

1. Mançester Siti - 1 milyard 280 milyon avro
2. Mançester Yunayted - 1 milyard 214 milyon
3. Çelsi - 946 milyon
4. Barselona - 896 milyon
5. Bavariya - 890 milyon
6. Liverpul - 868 milyon
7. Real - 846 milyon
8. PSJ - 808 milyon
9. Borussiya Dortmund - 687 milyon
10. Atletiko - 662 milyon