Mahir Emrelinin transfer qiyməti açıqlandı

Mahir Emrelinin transfer qiyməti açıqlandı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer qiyməti açıqlanıb.

 “Transfermarkt” Mahir Emrelinin transfer qiymətinin 1 milyon avro dəyərində qiymətləndirib.

Almaniya nəşrinə görə, Polşa təmsilçisi “Legiya”nın ümumi qiyməti 26,73 milyon avro dəyərindədir. Komandanın ən bahalı oyunçusu - dəyəri 3,5 milyon avro olan braziliyalı Lukinyasdır.

Qeyd edək ki, Mahir Emreli “Qarabağ”dan “Legiya”ya sərbəst futbolçu kimi transfer olunub. Futbolçu “Legiya” ilə 18 oyunda 10 qol vurub.