Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin keçiriləcəyi şəhər trasının loqotipi təqdim edilib. Yarışın promouteri Səudiyyə Ərəbistanı Avtomobil Federasiyası (SAMF) və təşkilatçılar uzunluğu 6,175 kilometr olan “Jeddah Corniche Circuit”in təkcə dünyanın ən sürətli deyil, həm də ən uzun şəhər halqası olacağını vurğulayırlar. “Ciddə Corniche Circuit”də orta sürət təxminən saatda 250 kilometr olacaq. Trasda maksimum sürət isə saatda 320 kilometri keçəcək. Pitsdə çoxsaylı ötüşmələri asanlaşdıran üç ardıcıl DRS zonasının olacağı gözlənilir.