Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
M.Frişman Belarusun paytaxtı Minskdə qadın voleybolçular arasında Çempionlar Liqasının ikinci raundunun “Minçanka Minsk” - “Olimpiakos Piraeus” (Yunanıstan) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Oktyabrın 14-də “Uruçye” İdman salonunda keçiriləcək qarşılaşmanın hakimləri ukraynalı Andrii Kovalçuk və rusiyalı Alexander Ryabtsov olacaqlar.
Qeyd edək ki, komandalar arasında Yunanıstanda təşkil olunan oyun “Olimpiakos Piraeus”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Voleybol Federasiyasının nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb